Başlama tarixi :

20 İyul 2023

Bitmə tarixi :

20 İyul 2023

“Xəyalların izində...” bu dəfə Lənkəranda

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir.

“Xəyalların izində...” bu dəfə Lənkəranda

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi “Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir.

Goranboydan sonra layihənin ikinci ünvanı Lənkəran şəhəri olub.

Güvən Xeyriyyə İctimai Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Lənkəran şəhərinin mərkəzində uşaqlarla unudulmaz gün yaşanıb.

Regionlarda yaşayan uşaqların yay tətilində asudə vaxtlarını səmərəli keçirməsi və paytaxt Bakıda daha çox tanınan əyləncə növlərini yaşamaqları üçün baş tutan layihədə 70-dən çox uşaq iştirak edib. Onların arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin “OBA” marketlər şəbəkəsinin Lənkəran şəhərində yaşayan əməkdaşlarının övladları da yer alıb.

İlk olaraq uşaqlar animatorlar tərəfindən hazırlanan müxtəlif yarışmalarda iştirak ediblər. Daha sonra hər bir uşağın arzusu olan açıq havada film izlənilib. Azərbaycan dilində dublyaj olunmuş “Kral şir” cizgi filmi uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Film izləyən zaman uşaqların digər bir arzusu da həyata keçirilib. Belə ki, Bakıdan dəvət olunmuş peşəkar aşpazlar tərəfindən onlar üçün səyyar qida maşınında bir-birindən maraqlı fastfudlar hazırlanıb. Uşaqlar iki saata yaxın davam edən film boyunca sevdikləri qidaları yeyə biliblər.

“OBA” marketlər şəbəkəsindən verilən açıqlamada bildirilib ki, layihənin əsas məqsədi regionlarda yaşayan uşaqların kiçik xəyallarını reallaşdıra bilməkdir: “Təəssüf ki, bəzi regionlarımızda olsa da, bir çox bölgələrimizdə kinoteatr, fastfud və əyləncə məkanları mövcud deyil. Uşaqlar isə hər zaman bu aktivliklərə maraqlıdırlar. Yəqin ki, bu bir çox uşaq üçün əlçatmaz arzu qismindədir. “OBA” marketlər şəbəkəsi olaraq “Xəyalların izində...” layihəsi ilə onların kiçik arzularını reallaşdırmağa çalışırıq. Layihəmiz yeni tədris ili başlayana qədər davam edəcək”.

Uşaqlar film izlədikdən sonra onlara “OBA” marketlər şəbəkəsi tərəfindən hazırlanan hədiyyələr təqdim olunub.

https://qaynarinfo.az/

Digər layihələr

İş sevgisi ilə davam edən yüksəliş

“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da mentor administrator olaraq çalışan Müqəddəs Salahlının karyera yoluna nəzər salacağıq.

Başlama tarixi:

18 Sentyabr 2025

Bitmə tarixi:

18 Sentyabr 2025

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi “Vəfa Zirvəsi” nişanının təqdimat mərasimini həyata keçirib

Uzun illər Veysəloğlu Şirkətlər Qrupunda çalışan, daha sonra fəaliyyətlərini “OBA” marketlər şəbəkəsində davam etdirən əməkdaşlara şirkətin təsis etdiyi “Vəfa zirvəsi” nişanı təqdim olunub.

Başlama tarixi:

05 Sentyabr 2025

Bitmə tarixi:

05 Sentyabr 2025

Daha ətraflı

4 il əvvəl Oba marketdə başlayan yol baş ofisdə davam edir

Amilya Ərəbova 2021-ci ildə satıcı-kassir olaraq çalışmağa başlayıb. Bir il sonra admin – mağaza müdiri vəzifəsinə yüksəlib. Bir il sonra da OBAnın baş ofisində çalışmağa başlayıb.

Başlama tarixi:

01 Sentyabr 2025

Bitmə tarixi:

01 Sentyabr 2025

Daha ətraflı