"Öncə komanda yoldaşlarımız məmnun olmalıdır" - Elvin Niftəliyev
“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə bölgə müdiri Elvin Niftəliyevin karyera yoluna nəzər salacağıq.
O, hazırda Kürdəmir rayonu və ona yaxın ərazilərdəki “OBA”larımız üzrə bölgə müdiri olaraq fəaliyyətini davam etdirir. Elvin Niftəliyev deyir ki: “Müştərinin məmnunluğu üçün öncə komanda yoldaşlarımız məmnun olmalıdır. Bu məmnuniyyət sonda görülən işə təsir edir”. Bu səbəbdən o da bu prosesin təmin olunması üçün işinə məsuliyyətlə yanaşır və hər zaman özünü inkişaf etdirmək barədə düşünür. Diqqətinizə çatdıraq ki, Azərbaycanın hər bölgəsində 1500-dən çox marketi və 9 mindən çox əməkdaşı ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi böyüməyə və ailəsini genişləndirməyə davam edir. Bu uğurun arxasında isə səmimi komanda ruhu, əməkdaşlarımıza olan sevgi və bir-birimizə verdiyimiz dəstək dayanır.
“OBA” marketlər şəbəkəsi olaraq komanda üzvlərimizin uğurları, hər bir fərdin potensialını yüksək səviyyəyə çatdırması bizim üçün önəmlidir. Onların əməyinə dəyər verir və bu yolda bir-birimizə güvənərək addımlamağa davam edirik.