Дата начало:

05 Сентярбря 2025

Дата завершение:

05 Сентярбря 2025

“OBA” marketlər şəbəkəsi “Vəfa Zirvəsi” nişanının təqdimat mərasimini həyata keçirib

“OBA” marketlər şəbəkəsi “Vəfa Zirvəsi” nişanının təqdimat mərasimini həyata keçirib

Uzun illər Veysəloğlu Şirkətlər Qrupunda çalışan, daha sonra fəaliyyətlərini “OBA” marketlər şəbəkəsində davam etdirən əməkdaşlara şirkətin təsis etdiyi “Vəfa zirvəsi” nişanı təqdim olunub.

Bu təşəbbüs şirkət daxilində əməkdaşların peşəkarlığını, şirkətə bağlılığını önə çıxarmaq, həmçinin onların fəaliyyəti üçün minnətdarlıq ifadə etmək məqsədi daşıyır.

Mərasimdə gümüş (15 il) və bürünc (10 il) dövrlərini tamamlayan əməkdaşlar “Vəfa Zirvəsi” nişanı ilə təltif olunaraq uzunmüddətli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Nişanlar Veysəloğlu Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən zərif dizaynla hazırlanıb. Bu nişanlar əməkdaşlara diplomlarla birlikdə təqdim edilib. Fərqlənən əməkdaşlara mükafatı “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova təqdim edib.

Tədbirin sonunda mükafata layiq görülən əməkdaşlarla xatirə fotoları çəkilib və onların xidmətlərinə verilən dəyər bir daha vurğulanıb.

Şirkət rəhbərliyi üçün hər bir əməkdaşın fədakar əməyinin dəyəri böyükdür və belə təşəkkür tədbirləri onların iş motivasiyasını artırmaq, şirkət daxilində əməkdaşlıq ruhunu gücləndirmək və uzunmüddətli əmək münasibətlərini qoruyub saxlamaq üçün vacib rol oynayır.

Qeyd edək ki, “Vəfa zirvəsi” nişanı bundan sonra 10 il və daha çox işləyən əməkdaşların hər birinə təqdim olunacaq.

Другие проекты

"OBA"nın güclü qadınlarından biri

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı 2020-ci ildən etibarən “OBA”da çalışan, hazırda mağaza müdiri olaraq fəaliyyətini davam etdirən Günay Əliyevadır.

Дата начала:

11 Июля 2025

Дата окончания:

11 Июля 2025

Подробнее

8 ilin uğur hekayəsi

“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da “1 admin 2 mağaza” layihəsiylə həm Xutor 2 həm də Xutor 3 filiallarında mağaza müdiri olaraq çalışan Murad İbrahimbəylinin karyera yoluna nəzər salacağıq.

Дата начала:

10 Июля 2025

Дата окончания:

10 Июля 2025

Подробнее