Дата начало:

29 Декабря 2023

Дата завершение:

29 Декабря 2023

“Hər Obada Bayramdır” – Laçında bir gün

“OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2024-cü ilin gəlişi münasibətilə Laçın şəhərində yeni il şənliyi keçirib.

Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş baş tutub.

Görüş zamanı uşaqlar və müəllimlər arasında bir-birindən fərqli yarışmalar keçirilib, uşaqların əyləncəsi üçün müxtəlif animasiyalar sərgilənib.

Daha sonra “OBA”nın şaxta babası məktəbə daxil olub və şirkət tərəfindən uşaqlar üçün hazırlanmış “OBA” xurcunlarını onlara təqdim edib.

“OBA” marketlər şəbəkəsindən bildirilib ki, layihənin məqsədi Laçın şəhərinə yeni köçmüş uşaqlarla ilk bayram sevincini bölüşmək olub.

https://qafqazinfo.az/

Другие проекты

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı Sevda Əliyevadır.

O, 2021-cı ildə karyerasına “OBA”da başlamış, hazırda isə mağaza müdiri olaraq fəaliyyətini davam etdirir. O, karyerasında atdığı uğurlu addımlarla qadınlarımıza örnəkdir və peşəkarlığı ilə də hər kəsə nümunədir.

Дата начала:

19 Июня 2025

Дата окончания:

19 Июня 2025

Подробнее

Keyfiyyətin Yol Xəritəsi - Hər gün dondurmaları

"Keyfiyyətin Yol Xəritəsi" layihəmizin bu buraxılışında şəxsi markamıza məxsus “Hər gün” dondurmalarının istehsal prosesini yaxından təqdim etdik.

Дата начала:

16 Июня 2025

Дата окончания:

16 Июня 2025

Подробнее

Yardım çağırışına müsbət cavab verdik

Qurban bayramı ərəfəsində “Güvən” İctimai Birliyi aztəminatlı və əlilliyi olan ailələri təbrik etmək məqsədilə ərzaq qutularının hazırlanmasına dəstək olmaq üçün çağırış edib.

Дата начала:

06 Июня 2025

Дата окончания:

06 Июня 2025

Подробнее