Tarix: 20 Dekabr 2023

Xankəndinin ilk marketi “OBA” oldu!

Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb.

Burada yaşayan əhalinin və xidmət göstərən vətəndaşların gündəlik istehlak məhsullarına olan tələbatını ödəmək üçün “OBA” bundan sonra yaxın və qənaətli qonşu konsepsiyası ilə daimi şəkildə Xankəndidə fəaliyyətdə olacaq.

Qeyd edək ki, xalq marketi kimi tanınan “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə əhalinin xidmətindədir.

https://apa.az/

Digər xəbərlər

“Şah” çayının zəngin dadını hiss et və avtomobil qazan - Yeni lotereya başladı

Tarix:

17 Noyabr 2025

Daha ətraflı

"OBA" marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək

Tarix:

12 Sentyabr 2025

Daha ətraflı

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

Tarix:

04 Sentyabr 2025

Daha ətraflı