"OBA"nın güclü qadınlarından biri
“Qadının gücü” layihəsinin bu dəfəki qonağı 2020-ci ildən etibarən “OBA”da çalışan, hazırda mağaza müdiri olaraq fəaliyyətini davam etdirən Günay Əliyevadır.
O, karyerasında atdığı uğurlu addımlarla nümunəvi qadın əməkdaşlarımızdan biridir. Günay Əliyeva işində qarşılaşdığı çətinlikləri dəf edərək, qadınların iş həyatında uğur qazanmasının mümkünlüyünü bir daha sübut edib.
“OBA” marketlər şəbəkəsi olaraq qadınların cəmiyyətdəki rolunu göz önünə gətirmək, onların iqtisadi azadlıqlarının önəmini vurğulamaq məqsədilə daim qadın əməkdaşların yüksəlişinə dəstək oluruq. Bu məqsədlə “OBA”da çalışan və uğurlu karyera yüksəlişi əldə etmiş xanım əməkdaşlarımızın iş və həyat hekayəsini paylaşaraq bu yola başlamaqda tərəddüd edən qadınları ilhamlandırmaq, onlara öz uğur hekayələrinin müəllifi olmaq fürsətini xatırlatmaq istəyirik.