Başlama tarixi :

29 Dekabr 2023

Bitmə tarixi :

29 Dekabr 2023

“Hər Obada Bayramdır” – Laçında bir gün

“OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2024-cü ilin gəlişi münasibətilə Laçın şəhərində yeni il şənliyi keçirib.

Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş baş tutub.

Görüş zamanı uşaqlar və müəllimlər arasında bir-birindən fərqli yarışmalar keçirilib, uşaqların əyləncəsi üçün müxtəlif animasiyalar sərgilənib.

Daha sonra “OBA”nın şaxta babası məktəbə daxil olub və şirkət tərəfindən uşaqlar üçün hazırlanmış “OBA” xurcunlarını onlara təqdim edib.

“OBA” marketlər şəbəkəsindən bildirilib ki, layihənin məqsədi Laçın şəhərinə yeni köçmüş uşaqlarla ilk bayram sevincini bölüşmək olub.

https://qafqazinfo.az/

Digər layihələr

"OBA"nın güclü qadınlarından biri

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı 2020-ci ildən etibarən “OBA”da çalışan, hazırda mağaza müdiri olaraq fəaliyyətini davam etdirən Günay Əliyevadır.

Başlama tarixi:

11 İyul 2025

Bitmə tarixi:

11 İyul 2025

Daha ətraflı

8 ilin uğur hekayəsi

“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da “1 admin 2 mağaza” layihəsiylə həm Xutor 2 həm də Xutor 3 filiallarında mağaza müdiri olaraq çalışan Murad İbrahimbəylinin karyera yoluna nəzər salacağıq.

Başlama tarixi:

10 İyul 2025

Bitmə tarixi:

10 İyul 2025

Daha ətraflı

“Qadının gücü” layihəsinin bu dəfəki qonağı Sevda Əliyevadır.

O, 2021-cı ildə karyerasına “OBA”da başlamış, hazırda isə mağaza müdiri olaraq fəaliyyətini davam etdirir. O, karyerasında atdığı uğurlu addımlarla qadınlarımıza örnəkdir və peşəkarlığı ilə də hər kəsə nümunədir.

Başlama tarixi:

19 İyun 2025

Bitmə tarixi:

19 İyun 2025

Daha ətraflı