Keyfiyyətə zəmanət

OBA marketlər şəbəkəsində satılan məhsulların qiyməti ilə yanaşı, keyfiyyətinə də həssaslıqla yanaşırıq. Biz bütün məhsulların keyfiyyətli olması üçün istehsalçılardan zəmanət alırıq. İstənilən xırda istehsal problemi olduqda bununla bağlı istehsalçılara ciddi xəbərdarlıq olunur.

OBA marketlər şəbəkəsi yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyətinə hər zaman diqqət edir, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir.

Şirkətimizin keyfiyyətə nəzarət şöbəsi istehsal prosesini daim nəzarətdə saxlayır. OBA marketlər şəbəkəsinin müasir standartlara cavab verən laboratoriyası mövcuddur, burada məhsullar satışa çıxarılmazdan öncə keyfiyyəti yoxlanılır. Məhsul istehsal olunduqdan sonra kor dadım yolu ilə istehlakçılar arasında sorğular keçirilir və məhsulun keyfiyyəti ilə yanaşı, dadının da yaxşı olmasından əmin olduqdan sonra satışa çıxarılır.

Biz idxal olunan məhsulları öz laboratoriyamızla yanaşı, ölkə xaricindəki laboratoriyalarda da test etdiririk. Məhsulun istehsalında istifadə olunan xammal, kimyəvi və mikrobioloji tərkib tam yoxlanır. Bundan başqa, biz bütün istehsalçılardan gigiyenik və uyğunluq sertifikatları tələb edirik.