Biz kimik

2015-ci ildə ölkəmizdə baş verən ard-arda baş verən iki devalvasiyadan sonra qida bazarında ucuz qida məhsullarına təlabat artdı. Bu təlabatı dəyərləndirən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi olan Aydın Veysəloğlunun rəhbərliyi ilə 2016-cı ildə əsas məqsədi gündəlik tələbat məhsullarını mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etmək olan “OBA” dicount marketlər şəbəkəsi  yaradıldı.

Yüksək endirim (hard-discount) modelini Azərbaycanda ilk olaraq tətbiq edən “OBA”  marketlər şəbəkəsi yarandığı ildən gündəlik tələbat məhsullarını istehlakçılara uyğun qiymətlərə təqdim edir. Marketlər şəbəkəsində satılan məhsulların bir çoxu şəxsi markalardır (PL- Private Label). “OBA” marketlər şəbəkəsi şəxsi markalarla yanaşı, dünyanın tanınmış brendlərini də müştərilərinə münasib qiymətlərlə təqdim edir.

 

“OBA” marketlər şəbəkəsi filial sayını sürətlə artırmaqla bütün Azərbaycan ərazisində fəaliyyət göstərməyi hədəfləyir. 2021-ci ilin fevral ayında  şəbəkənin market sayı ölkə üzrə 900-ə çatmışdır. “OBA”  marketlərində əsas prinsipləri yüksək müştəri məmnuniyyəti, keyfiyyətli məhsullar və münasib qiymətlərdir.

“OBA” marketlər şəbəkəsində satılan məshsulların bir çoxlarının qiymətinin aşağı olması məhsulların istehsalçıdan birbaşa marketlərimizə arada heç bir vasitəçi olmadan çatdırılması ilə əlaqədardır.

 

Əsası 1994-cü ildə qoyulan Veysəloğlu Şirkətlər Qrupu “OBA” marketlər şəbəkəsi, “Veysəloğlu” MMC, “V-Trade”, “Vesta-Horeca”, “ARAZ” supermarketlər  şəbəkəsi, “ULDUZ” şokolad fabriki, “AVT LOGİSTİCS”, “AVT Construction”, “AVT Nəqliyyat”, “XONÇA” şirniyyat evi, “ENTRÉE Azərbaycan”, “VT (Veyseloglu Turkey)”, “VG (Veyseloglu Georgia)” olmaqla 13 şirkəti biləşdirir.

 

2020-ci ildə şirkət rebrendinq edərək yeni loqosunu təqdim etmişdir. Yeni loqo üç komponentdən ibarətdir: "OBA" söz nişanı, yaşıl forma və sarı stok. "OBA" marketlər şəbəkəsinin əsas rəngi yaşıldır. Loqonun digər rəngləri isə hədəflərin daha aydın və anlaşılan olmasına xidmət edir. Yaşıl rəng "OBA" marketlərinə xas olan inkişaf, sağlamlıq, təbiət, təravət və səxavəti, sarı rəng dostluq, xoşbəxtlik və nikbinliyi, "OBA" sözünü yazmaq üçün istifadə olunan ağ rəng isə saflığı və təmizliyi təmsil edir.

Davam edən dəyişikliklər fonunda "OBA Market" MMC məhsullara edilən endirimləri davam etdirməkdə, qənaətli qonşu market modelini nümayiş etdirməkdədir