Biz kimik

Fəaliyyətinə 2016-cı ildə başlayan OBA marketlər şəbəkəsinin əsas məqsədi gündəlik tələbat məhsullarını mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.

Yüksək endirim (hard-discount) modelini Azərbaycanda ilk olaraq tətbiq edən OBA marketlər şəbəkəsi 700-ə qədər gündəlik tələbat məhsulunu istehlakçılara təqdim edir. Marketlər şəbəkəsində satılan məhsulların əksəriyyəti şəxsi markalardır (PL- Private Label). OBA marketlər şəbəkəsi şəxsi markalarla yanaşı, dünyanın tanınmış brendlərini də müştərilərinə ucuz qiymətə təqdim edir.

OBA marketlər şəbəkəsi filial sayını sürətlə artırmaqla bütün Azərbaycan ərazisində fəaliyyət göstərməyi hədəfləyir. 2017-ci ilin birinci yarısında şəbəkənin market sayı ölkə üzrə 400-ə çatıb. OBA marketin sürətlə inkişafının əsas səbəbi müştəri məmnuniyyəti, məhsulların keyfiyyəti və ən ucuz qiymət təklifidir.

OBA marketlər şəbəsində satılan məshsulların qiymətinin ucuz olması məhsulların istehsalçıdan birbaşa istehlakçıya arada heç bir vasitə olmadan çatdırılması ilə əlaqədardır. Bundan başqa, OBA marketlər şəbəkəsi dünya praktikasını ölkəmizdə tətbiq edərək, məhsulları alıcılara rəflərdə öz qutularında təqdim edir, yəni məhsullar rəflərdə xüsusi olaraq düzülmür. Bu da satılan məhsulun qiymətinə əlavə işçilik haqqı faizlərinin gəlməsinin qarşısını alır.

OBA marketlər şəbəkəsi şəxsi, topdan qiymətinə pərakəndə satış.