Müştəri məmnuniyyəti

  • OBA üçün müştərilərin mənfəəti, qısa müddətli yüksək qazancdan daha önəmlidir;
  • OBA keyfiyyətli məhsulları müştərilərinə ucuz qiymətlərlə təqdim edir;
  • Müştərilərimiz məhsulun etiketinə və markasına deyil, keyfiyyətli məhsulun  özünə pul ödəyir;
  • Müştərilərimiz aldığı istənilən məhsulu 15 gün ərzində geri qaytara bilər. Bunun üçün alış-veriş qəbzi təqdim olunmalıdır;
  • Marketimizdə alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar olunarsa, yeni məhsul hədiyyə veriləcək;
  • Marketimizdə çap xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilərsə, bu qiymət kassada da keçərlidir;
  • Marketimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir.