İnsan resursları

OBA marketlər şəbəkəsi, müvəffəqiyyətin və davamlı inkişafın ən əhəmiyyətli açarının insan olduğu şüuruyla "Əvvəl İnsan" anlayışından yola çıxmış və davamlı inkişaf edən bir İnsan Resursları İdarəetmə Sistemi yaratmağı qarşısına məqsəd qoymuşdur. Ən qiymətli varlığını "insan resursu" olaraq görən və bunu bir təşkilat mədəniyyəti olaraq mənimsəyən OBA marketlər şəbəkəsi, işçilərini dəyər qatılacaq bir sərmayə olaraq görməkdə və onlardan aldığı güclə hədəflərinə qərarlı addımlarla irəliləməkdədir.

OBA marketlər şəbəkəsi olaraq insan amilinə dəyər verir və daima çalışanlarımızın istər şəxsi keyfiyyətləri, istərsədə karyera sahəsindəki keyfiyyətlərinin artırılmasını və uğurlu yerlərə gəlməsini təmin edirik. Görülən işlərin nəticəsi olaraq 2016-ci ildən OBA marketlər şəbəkəsinin daxilində "OBA kariyera mərkəzi" fəaliyyətə başlayıb və işçilərin profesionallığının artırılması üçün daima təlimlər və seminarlar təşkil olunur.

Şirkətimizdə işə qəbul prosesinin əsas fəaliyyəti müəssisəyə peşəkar və intelektual kadrların  cəlb edilməsidir. İşə qəbul şöbəsi İnsan Resurslarının önəmli bir hissəsi olmaqla ədalət, dürüstlük və doğru yanaşma meyarlarını əsas götürərək müəssisəyə uyğun namizədləri cəlb edir, vəzifəyə uyğunluğunu yoxlayır və müvafiq bölməyə yerləşdirir.