Kəskin endirim

OBA marketin kəskin endirim (HARD-DISCOUNT) anlayışı

OBA marketlərdə satılan məhsullar digər məhsullara nisbətən 20 %-ə qədər ucuzdur.  Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. Mərkəzləşdirilmiş anbar və logistika mərkəzləri sayəsində məhsulların mağazalara çatdırılmasını özümüz həyata keçiririk. Bununla da satışda olan məhsullar əlavə distribüter xərclərindən azad olur.

Biz məhsulların qiymətini artıracaq əlavə xərcləri minimuma endirdik: mağazaların dizaynı, rəflərin düzülüşü, işçi sayı, çatdırılma, marketinq və reklam xərclərinin əksəriyyətindən imtina etdik.

OBA marketlər şəbəkəsi filial sayının çox olması və mərkəzləşdirilmiş anbar sistemi sayəsində yüksək tədarük gücünə malikdir. Bununla da istehsalçılara böyük həcmdə sifarişlər verərək ucuz qiymətə, yüksək keyfiyyətli məhsulların istehsalına nail olur.

OBA marketlər şəbəkəsi istehlakçıların ehtiyacı olduğu gündəlik tələbat məhsullarını müəyyən edərək, onlara 700-ə qədər çeşiddə keyfiyyətli məhsullar təqdim edir.